İspaniya çempionatında 2020/2021 mövsümü sentyabrda başlaya bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Bildirilib ki, dünən La Liqa rəhbərliyi və İspaniya Futbolçular Assosiasiyası çempionatın dayandırılması ilə bağlı vəziyyəti müzakirə ediblər. Qeyd olunub ki, bu mövsüm mayın ortalarından etibarən bərpa edilə bilər. Bu halda növbəti mövsüm sentyabrda başlayacaq.