Türkiyəli məşhurlar "Kirayə haqqı məndə" kampaniyasına başlayıblar.
Teleqraf.com xəbər verir ki, məşhurlar kampaniya nəticəsində karantin müddətində maddi problem yaşayan şəxslərin kirayə haqqını ödəməyə qərar veriblər.
Tanınmış fenomen Otakan Özyurt kampaniyaya dəstək olub.
O, sosial şəbəkədən ehtiyacı olan ailələrin bir aylıq kirayə haqqını ödəyəcəyini açıqlayıb.
Tanınmış futbolçu Arda Turan və müğənni Tatlıses də ona dəstək olublar.
Tatlıses apreldə 10 ailənin kirayə haqqını ödəyəcəyini bildirib.
Aktrisa Ezgi Mola və aktyor Tolgahan Sayışman da mənzillərində yaşayan şəxslərdən kirayə haqqını almayacağını deyiblər.