“Barselona”nın futbolçuları məvaciblərinin azaldılmasına razılıq verməsə, rəhbərlik radikal qərarlar qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, artıq klub mükafat fondunu azaltmağı düşünür.
Komandanın oyunçuları isə rəhbərliyə “Real”ı nümunə göstərir. Çünki Madrid klubunun rəhbərliyi koronavirus pandemiyasına görə oyunçuların məvacibini azaltmayacaq. Ona görə, Kataloniya futbolçuları da maaşlarının əvvəlki səviyyədə qalmasını istəyirlər.
Klubun bəzi üzvləri bildirib ki, hazırda yaranan maliyyə problemlərinə görə günahkar rəhbərliyin özüdür.