4 Aprel 2020 15:21
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayında Bakıda keçirilməsi planlaşdırılan paracüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020” təxirə salınıb.

Milli Paralimpiya Komitəsinin (MPK) Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qurum Nazirlər Kabineti yanında Operativ Qərərgahın koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən, Qran-prinin 2021-ci ildə keçirilməsi ilə bağlı Beynəlxanlıq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) ilə razılıq əldə edib.

Anlaşmaya əsasən turnir 2021-ci ilin mayında baş tutacaq və Tokio 2020 Yay Paralimpiya Oyunları öncəsi son təsnifat yarışı olacaq.

IBSA həmçinin bu ilin noyabr ayında Bakıda Dünya Kubokunun və beynəlxalq təlim-məşq toplanışının keçirilməsi üçün komitəyə müraciət edib.

Bununla bağlı MPK-də iclas keçiriləcək və yarışın təşkili ilə bağlı müzakirələr aparılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər