11 Aprel 2020 01:15
1 833
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın futbolçusu Lionel Messi sabiq komanda yoldaşı Ronaldinyonun həbsxanadan çıxması üçün 1.6 milyon dollar ödədiyi barədə yayılan iddialara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, özünün "İnstaqram" hesabı vasitəsi ilə bu iddiaların yalan olduğunu vurğulayıb.

Qeyd edək ki, Ronaldinyo və qardaşı ev həbsini Asunsyone şəhərindəki "Palmaroga" adlı 5 ulduzlu oteldə çəkir.

Xatırladaq ki, Messinin Ronaldinyonun həbsdə olduğu müddətdə vəkil tutduğu və onun üçün 4 milyon avro ödəməyə hazır olduğu iddia olunurdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər