Azərbaycanlı şahmatçı Teymur Rəcəbov bu gün start götürən “Pepe Cuenca Invitational” onlayn şahmat turnirinin dörddəbir finalında mübarizə aparıb.
Teleqraf.com xəbər verir ki, 8 şahmatçının mübarizə apardığı yarışda T.Rəcəbovun ilk rəqibi ispaniyalı David Anton olub. Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb — 7:6. Şahmatçımız 13 turdan 3-də, ispan şahmatçısı isə 4-də qələbə qazanıb.
Qalan turlar isə heç-heçə ilə nəticələnib.
David Anton növbəti mərhələdə Santoş Vidit (Hindistan) – Pyotr Svidler (Rusiya) qarşılaşmasının qalibi ilə oynayacaq.
Qeyd edək ki, aprelin 15-də yarımfinal, 17-də isə final qarşılaşmaları keçiriləcək.