Koronavirusa yoluxan "Liverpul"un əfsanəvi futbolçusu və baş məşqçisi Kenni Dalqliş evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, 69 yaşlı şotlandiyalı veteran futbolçu müalicəsini evində davam etdirəcək.
Qeyd edək ki, Dalqliş 1977-1990-cı illərdə "Liverpul"da çıxış edib. O, 1985-1990-cı illərdə komandada oynayan məşqçi olub. Məhz bu müddətdə "Liverpul" 3 dəfə Premyer Liqanın, iki dəfə isə İngiltərə kubokunun qalibi olub. Mersisaydlılar son dəfə 30 il əvvəl Dalqlişin rəhbərliyi ilə İngiltərə çempionu adını qazanıb.