İtaliya A Seriyasında mübarizə aparan “Breşiya”nın prezidenti Massimo Çellino koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə klub rəhbəri “La Repubblica” nəşrinə açıqlamasında özü deyib.
Çellino özündə və qızında koronavirus aşkarlandığını bildirib.
Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 175,925 nəfərdir. 23,227 nəfər isə bu virusdan dünyasını dəyişib.