22 Aprel 2020 19:37
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İrlandiya millisinin baş məşqçisi Martin O'Nil istefa verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Şimali İrlandiya Futbol Federasiyasının saytı məlumat yayıb.

Bildirilib ki, komanda Avro-2020-yə vəsiqə qazanmaq üçün pley-off oyunları keçirməli idi. Ancaq koronavirus səbəbindən bu matçlar təxirə salınıb. Tərəflər bu ərəfədə əməkdaşlığa son verməyə qərar verib.

O'Nil istefası ilə bağlı bildirib ki, federasiya ilə müzakirədən sonra kənara çəkilmək üçün ən yaxşı vaxt olduğunu düşünüb: "Komandanı ən güclü formada tərk etmək vacib idi. Yeni baş məşqçiyə vaxt vermək önəmlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər