2 May 2014 11:54
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 2-də ümummillli liderimizin xatirəsinə həsr olunmuş kikboksinq üzrə “Heydər Əliyev kuboku” turnirinin keçiriləcəyi ilə bağlı məlumat vermişdik.

Xatırladaq ki, beynəlxalq turnir Qırğızıstanın Bişkek şəhərindəki “Kojomkula” İdman Sarayında baş tutacaq.

Teleqraf.com xəbər verir ki, idmançılarımız yarışa federasiyanın prezidenti, millət vəkili Adil Əliyevin dəstəyi və rəhbərliyi ilə yola düşüb.

Millət vəkili Adil Əliyev “facebook”da Bişkek səfəri ilə bağlı şəkillər paylaşıb:

“Bişkekdəki görüşlərimiz davam edir. Bu gün çox maraqlı keçdi. Səhər birinci işimiz, Bişkekini ippodromuna getmək oldu, qədim Qırğız (Türk ) “Kok-Boru” oyununu canli izlədik. Sonra Kok-Boru Federasiyasının Prezidentinin qonağı olduq, Çingiz Aytmatovun məzarını ziyarət etdik. Qırğızıstan Kikboksinq Federasiyasının verdiyi ziyafətdə olduq. Ziyafətdə federasiyanın prezidenti Aleksandr Voynov öz hədiyyəsini təqdim etdi, həm də Özbəkistan federasiyasinin vitse-prezidenti də mükafat verdi. İnşallah qələbə qazanarıq. İdmançılarımıza uğurlar”.

Aygün İlqarqızı


Müəllif: