Belarus Futbol Federasiyasının İntizam Komitəsi Brest "Dinamo"sunun futbolçusu Yevgeni Xaçeridini 5 oyunluq cəzalandırıb.
Teleqraf.com xəbər verir ki, ukraynalı müdafiəçi çempionatın 5-ci turunda "Vitebsk"lə oyundan (0:1) sonra matçın baş hakimi Sergey Çistova hücum etdiyi üçün bu cəzaya məruz qalıb.
Sözügedən oyunda referi "Dinamo"nun iki üzvünə - Qabi Kiki və Xaçeridiyə qırmızı vərəqə göstərib. Final fitindən sonra 33 yaşlı oyunçu hakimi vurmaq istəyib.
S.Çistovu təhqir edən "Dinamo"nun masajçısı Sergey Lapiçki isə 3 oyunluq diskvalifikasiya olunub.