Koronavirus pandemiyasına görə tətbiq olunan karantin qaydalarını pozan “Everton”un hücumçusu Moyze Kin cəzalandırılıb.
Teleqraf.com xəbər verir ki, Premyer Liqa təmsilçisi gənc forvardı 100 min funt-sterlinq (iki həftəlik məvacibi) cərimə edib.
Qeyd edək ki, Kin qızlarla birgə rəqs etdiyi görüntülərin yer aldığı videonu sosial şəbəkə hesabında paylaşıb.