Cəbəllütariq futbol çempionatında cari mövsüm koronavirusa görə vaxtından əvvəl yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, ölkənin futbol qurumu bununla bağlı məlumat yayıb.
Qərar yerli hökumətin GFA-ya cari mövsümün iyulun 20-dən əvvəl tamamlanmasının mümkün olmayacağını bildirdikdən sonra qəbul edilib.