İngiltərə Premyer Liqasında ölkələrinin milli komandalarını təmsil edən ən yaxşı futbolçular müəyyənləşib.
Teleqrf.com "Report"a istinadən xəbər verir ki, "Givemesport" nəşri bununla bağlı araşdırma aparıb. Hazırda 66 fərqli yığma komandadan olan oyunçuların Premyer Liqa klublarında çıxış etdiyi vurğulanıb.
Siyahıda “Vulverhempton” klunundan Azərbaycan millisinin futbolçusu Renat Dadaşov da yer alıb. 21 yaşlı hücumçunun çempionatdakı yeganə azərbaycanlı oyunçu olduğu və əsas komandada debüt etmədiyi vurğulanıb. Dadaşovun 6 dəfə Azərbaycan millisinin formasını geyindiyi də yazıda əksini tapıb.
İndiyədək İngiltərə Premyer Liqasında 111 ölkənin futbolçuları çıxış edib.
Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb.