5 May 2020 15:09
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubunun oyunçuları və əməkdaşları karantinə alınıblar.

Teleqraf.com II Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna analiz zamanı komanda üzvlərindən birində xəstəliyin simptomlarının aşkarlanması səbəb olub. Həmin şəxsin adı açıqlanmayıb.

"Ertsgebirge"nin üzvləri mayın 7-dək evlərində karantində olacaqlar.

Qeyd edək ki, 2014-cü ildən Azərbaycan millisinə dəvət alan Dmitri Nazarov "Ertsgebirge"nin formasını 2016-cı ildən geyinir.


Müəllif: Teleqraf.com