11 May 2020 19:28
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Qalatasaray" klubunun məşqçisi Hasan Şaş istefa verib.

Teleqraf.com xəbər verir ki, İstanbul təmsilçisində Fatih Terimin köməkçisi olan 44 yaşlı mütəxəssis sosial şəbəkədə öz istəyi ilə komandadan ayrıldığını yazıb.

Qeyd edək ki, Hasan Şaş 2018-ci ildən "Qalatasaray"da işləyir. O, daha öncə 2011 - 2013-cü illərdə köməkçi məşqçi olub.

Sabiq yarımmüdafiəçi 1998 - 2009-cu ildə klubun formasını geyinib. Hasan Şaş 5 dəfə Türkiyə çempionluğu ilə yanaşı, UEFA Kuboku (hazırkı Avropa Liqası) və UEFA Super Kubokunun qalibidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər