13 May 2020 21:45
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

London-2012” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, yaponiyalı qılıncoynadan Ryo Miyiki yeməklərin çatdırılması üzrə kuryer kimi işə başlayıb.

Teleqraf.com xəbər verir ki, R.Miyiki bu qərarı “Tokio-2020” Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmasından sonra qəbul edib. İdmançı Yaponiyada məşhur şirkətlə müqavilə imzalayıb.

R.Miyiki bu barədə deyib: “Mən bu addımı iki səbəbdən atdım. Birincisi, pul qazanmaq, digəri isə fiziki formada qalmaq. Tokionun rayonlarına sifariş aldıqda, bu, mənim üçün əsl məşq olur”.


Müəllif: Teleqraf.com