"Real"ın baş məşqçisi Zinəddin Zidan oğlu Luka Zidanı ad günü münasibəti ilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, fransalı mütəxəssis 22 yaşını qeyd edən oğluna "İnstaqram" da təbrik mesajı yazıb: "Ad günün mübarək, Lukam".
Qeyd edək ki, "Rasinq"də icarə əsasında çıxış edən L.Zidan müqavilə ilə "Real"a məxsusdur. Onun bu yay Madrid klubu ilə başa çatacaq müqaviləsi yenilənməyəcək.