15 May 2020 21:23
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Kipr çempionatında 2019/2020 mövsümü bərpa olunmayacaq.

Teleqraf.com xəbər verir ki, bununla bağlı qərar klubların nümayəndələri ilə bugünkü iclasda qəbul edilib.

Qərara əsasən, çempion və kubokun qalibi elan olunmayıb. Avrokubok iştirakçıları isə turnir cədvəlindəki hazırkı sıralama ilə müəyyənləşib. 43 xalla ilk pillədə yer alan "Omoniya" Kipri Çempionlar Liqasında, "Anortosis", APOEL və "Apollon" isə Avropa Liqasında təmsil edəcək.

Qeyd edək ki, Avropada daha əvvəl Niderland, Belçika və Fransa çempionatlarında cari mövsüm ləğv olunub.


Müəllif: Teleqraf.com