18 May 2020 00:56
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Selta" futbol klubu danimarkalı yarımmüdafiəçi Pione Sistonu karantin rejimini pozduğuna görə 60 min avro cərimələyib.

Teleqraf.com xəbər verir ki, 25 yaşlı futbolçu koronavirus pandemiyası dövründə və klubun icazəsi olmadan şəxsi avtomobilində Kopenhagenə gedib.

Bildirilir ki, bu cərimə "Selta" klubunun tarixindəki ən böyük məbləğli cərimə olub.

Qeyd edək ki, P.Sisto 2016-cı ildə Danimarkanın "Midtyuland" klubundan "Selta"ya keçib.


Müəllif: Teleqraf.com