3 Oktyabr 2014 09:15
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avroliqa “C” qrupunun ilk matçında Türkiyə təmsilçisi “Beşiktaş” komandası İngiltərənin “Tottenham”la qarşılaşıb.

ANS PRESS-in məlumatına görə, paytaxt Londondakı “White Hart Lane”stadionunda keçirilən qarşılaşmanın ilk hissəsindən türklər məğlub ayrılıblar. Oyunun 27-ci dəqiqəsində rəqib komandadan Harri Keyn topu Türkiyə təmsilçisinin qapısından keçirib.

İkinci yarıda isə türklərin cavab qolu ilə hesab bərabərləşib. “Beşiktaş”ın legioneri Demba Ba 88-ci dəqiqədə topu rəqibin qapısından keçirib. 1:1.

Bəbarərə başa çatan oyundan Türkiyə təmsilçisi 1 xalla ayrılıb.


Müəllif:

Oxşar xəbərlər