1 İyun 2020 21:43
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarına əsasən, "Qarabağ" bu gündən məşqləri bərpa edib.

Teleqraf.com xəbər verir ki, Ağdam təmsilçisinin bazasında baş tutan məşq 17:30-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib.

Xatırladaq ki, "Qarabağ"da futbolçular və məşqçilər heyətinin hərarətləri yoxlanıldıqdan sonra məşq prosesinə icazə verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər