4 Oktyabr 2014 12:57
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr"ə cəza tətbiq edib.

Teleqraf.com UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, buna Ukrayna təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin ilk turunda "İnter"lə matçda irqçi şüarlar səsləndirməsi və məşəl yandırması səbəb olub. Buna görə də "Dnepr"in növbəti - "Qarabağ"la matçında stadionun B 41 sektoruna azarkeş buraxılmayacaq. Bundan başqa, həmin sektora "Rasizmə yox" banneri yerləşdirəcək.

"Dnepr" həmçinin UEFA-ya 24 min avro cərimə ödəməli olacaq.

Qeyd edək ki, “Dnepr” - “Qarabağ” matçı oktyabrın 23-də keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər