Türkiyənin “Sivasspor” klubu futbolçusu Ərdoğan Yeşilyurtun müqaviləsini uzadıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2025-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Ərdoğan Yeşilyurt “Sivasspor”da 2018/19 mövsümündən etibarən çıxış edir. O, Sivas təmsilçisində 39 Superliqa matçında 5 qol vurub.