5 Oktyabr 2014 18:39
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya “İnter”inin baş məşqçisi Valter Matsari Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qalib gəldikləri (2:0) oyundan danışıb.

Qol.Az-ın məlumatına görə, İtaliya mətbuatına açıqlama verən mütəxəssis bir daha “Qarabağ”la oyunun asan olmadığını deyib:

“Qarabağ” gənc komanda olsa da, kifayət qədər yaxşı futbolçulara malikdir. A seriyasının son turunda doğma meydanda “Kalyari”yə 1:4 hesabı ilə uduzduğumuz üçün komandamızda əhval-ruhiyə qaydasında deyildi. Futbolçular “Qarabağ”la oyunda çox həyəcanlı idi. Onlar növbəti məğlubiyyətdən qorxurdular. Lakin səhvərini anlamışdılar və bu səbəbdən “Qarabağ”a qarşı düzgün oynadılar. Komandamın hər bir üzvünə təşəkkür edirəm. Həmçinin, azarkeşlərə minnətdaram. Onlar son uğursuz nəticədən sonra da bizi tək qoymadı”.

Xatırladaq ki, “İnter” qrup mərhələsinin növbəti turunda “Sent Etyen”lə qarşılaşacaq.


Müəllif:

Oxşar xəbərlər