6 Oktyabr 2014 08:45
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yığma komandamızı qəbul edəcək İtaliya kollektivinin heyəti bəlli olub.

ANS PRESS-in məlumatına görə, baş məşqçi Antonio Kontenin 26 nəfərlik siyahısında Mario Balotelli yoxdur. Baş məşqçi "Liverpul"un futbolçusunun xidmətində maraqlı olmayıb.

M.Balotellinin yerinə isə ötən mövsüm "Feyenoord"un heyətində 27 qol vurduqdan sonra "Saunnthempton"a transfer olunan və bu komanda ilə 6 oyunda 5 qol vuran Graziano Pelleye dəvət göndərilib.

Balotellinin son oyunda "Liverpul"un əsas heyətində yer almamasının ardından yığmanın heyətində də yerini itirməsi Britanya mətbuatında geniş müzakirə mövzusu olub.

Qeyd edək ki, İtaliya-Azərbaycan matçı oktyabrın 10-da Bakı vaxtı ilə 23:45-də start götürəcək.


Müəllif: