Futbol üzrə Niderland millisinin baş məşqçisi Ronald Kuman koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə Kumanın həyat yoldaşı Bartin Kuman “Libelle” nəşrinə açıqlamasında deyib.
Kuman mayın 3-də səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya yerləşdirilib. İndi 57 yaşlı mütəxəssisin durumu yaxşıdır.