"Mançester Siti" komandası Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roysu transfer etmək niyyətindədir.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, "şəhərlilər" 25 yaşlı oyunçunun nümayəndələrindən kluba M.Roysun vəziyyəti ilə bağlı mütəmadi məlumat verməyi xahiş edib.
Almaniya yığmasının da üzvü olan M.Roys sentyabrın əvvəlində aldığını zədəni hələ də sağaldır.
Bundan başqa, "Barselona", "Bavariya", "Mançester Yunayted", "Liverpul" və "Arsenal" da futbolçunun xidmətindən yararlanmaq niyyətindədirlər.
Qeyd edək ki, M. Roys "Borussiya" ilə müqaviləsini uzatmaqdan imtina edib.