7 Oktyabr 2014 10:22
553

Türkiyə millisinin daha beş futbolçusu zədələnib.

Qol.Az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, Ömər Toprak, Hakan Çalhanoğlu, Burak Yılmaz, Mustafa Pektemek, Kaan Ayhanın adı "Avro-2016"nın seçmə mərhələsində Çexiya və Latviya ilə oyunlar üçün heyətdən çıxarılıb. Adları qeyd olunan futbolçuların zədə səbəbindən Türkiyə millisinə kömək edə bilməyəcəyi bildirilib.

Xatırladaq ki, bundan əvvəl Volkan Dəmirəlin adı eyni səbəbdən heyətdən çıxarılıb.


Müəllif: