"Mançester Yunayted"də icarə əsasında çıxış edən Radamel Falkao müqavilə ilə məxsus olduğu "Monako"ya qayıtmaq istəmir.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Everton"la matçda ilk qolunu vuran kolumbiyalı hücumçu uzun müddət "MY"da qalmaq istədiyini deyib:
"Hər hücumçu çox qol vurmaq üçün çalışır. İlk qolumu vurduğum üçün sevinirəm. "Old Trafford"da bizə dəstək olan azarkeşlərə təşəkkürümü bildirirəm. Mən və ailəm burada olduğumuz üçün xoşbəxtik. Uzun illər "Mançester Yunayted"də qalmaq istəyirəm".
Qeyd edək ki, "MY"nın mövsümün sonu "Monako"ya 43 milyon funt sterlinq ödəyərək Falkaonu birdəfəlik alacağı iddia edilir.