Dünyanın futbol üzrə ən gənc baş məşqçilərinə sahib ölkələri bəlli olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) məlumat yayıb.
Məlumata görə, araşdırma 79 ölkənin 110 liqası üzrə aparılıb. Azərbaycan Premyer Liqasındakı mütəxəssislərin orta yaş həddi 42.20-dir. Premyer Liqa bu göstəriciyə görə ikinci sırada qərarlaşıb.
Ən gənc baş məşqçilər isə Estoniyadadır - 40.97. Üçüncü yerdə 42,33 yaşla Farer adaları qərarlaşıb.