7 Oktyabr 2014 21:47
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi" futbolçusu Bruno Bertuççi ilə yolları ayırıb.

Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçinin müraciətindən sonra onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv olunub.

Qeyd edək ki, 2012-ci ildən “Neftçi”nin şərəfini qoruyan B.Bertuççi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olmaqla yanaşı, Avropa Liqasının qrup mərhələsi oyunlarında da iştirak edib.


Müəllif: