28 İyun 2020 01:10
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fənərbaxça" Türkiyə Superliqasında növbəti oyuna çıxıb.

Teleqraf.com xəbər verir ki, İstanbul klubu 29-cu turda "Malatyaspor"u qəbul edib. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xalını 46-ya yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Başakşəhər" 59 xalla 1-ci, "Trabzonspor" 57 xalla 2-ci ,"Sivasspor" 53 xalla 3-cüdür.


Müəllif: Teleqraf.com