1 İyul 2020 20:30
1 476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son olaraq "Neftçi"də çıxış edən Donald Gerye "Qarabağ"a qayıdıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə 31 yaşlı cinah oyunçusu şəxsi "Instagram" hesabından məlumat verib.

Haitili oyunçu Ağdam təmsilçisinə geri döndüyünü və anlaşmanın tamamlandığını yazıb.

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu bir müddət öncə "ağ-qaralar"ın sıralarını tərk edib.


Müəllif: Teleqraf.com