4 İyul 2020 22:58
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yuventus" klubunun qapıçısı Canluici Buffon İtaliya A seriyasının tarixində yeni rekord müəyyənləşdirib.

Teleqraf.com-un məlumatına görə, belə ki, 42 yaşlı qolkiper ölkə çempionatında hazırda ilk hissəsi oynanılan "Torino" ilə matçda start heyətdə meydana çıxıb. Bununla da, A seriyasında oyun sayını 648-ə çatdıran Buffon "Milan"nın sabiq müdafiəçisi Paulo Maldinini geridə qoyaraq bu göstəricidə ilk pilləyə yüksəlib. Maldini 1984-2009-cu illərdə elitada 647 görüşdə iştirak etmişdi.

Qeyd edək ki, Buffon İtaliyada "Yuventus" və "Parma"da oynayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər