8 Oktyabr 2014 17:30
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kataloniya muxtar vilayəti müstəqillik əldə edəcəyi təqdirdə "Barselona" və "Espanyol" futbol klubları İspaniya çempionatından kənarlaşdırılacaqlar.

Trend-in məlumatına görə, bunu İspaniya Peşəkar Futbol Liqasının (LFP) vitse-prezidenti Xavier Tebas bəyan edib.

Kataloniyanın müstəqilliyi haqqında referendumun keçirilməsi noyabrın 9-na nəzərdə tutulub. Lakin region hökuməti sentyabrın sonlarında hazırlığa başlayıb.

LFP rəhbəri qeyd edib: "Reqlamentə görə, yalnız bir qeyri-ispan klubu himayəmiz altında çıxış edə bilər. Bu, "Andorra"dır".

"Barselona" futbolçuları isə çempionatda "Atletiko"ya qarşı keçirdikləri oyunda Kataloniya bayrağındakı rənglərdən ibarət forma ilə meydana çıxmaqla regionun müstəqilliyini dəstəkləyiblər. Həmçinin daim regionun müstəqilliyi ideyalarını dəstəkləyən "Bavariya"nın hazırkı baş məşqçisi Xosep Qvardiola Kataloniyanın İspaniyadan ayrılmasının fəal tərəfdarıdır.


Müəllif:

Oxşar xəbərlər