8 İyul 2020 21:23
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Boltun yeni doğulan qızının adı məlum olub.

Teleqraf.com xəbər verir ki, mayın 17-də dünyaya gələn körpəyə Olimpiya Laytninq adı qoyulub. Olimpiya yamaykalı idmançının qazandığı nailiyyətləri ifadə edirsə, Laytninq "İldırım" kimi tələffüs olunur. Bolt sözünün tərcümələrindən biri isə göy gurultusu deməkdir.

Qeyd edək ki, Useyn Bolt həm də 11 qat dünya çempionu, 8 dünya rekordçusudur. O, karyerasını 14 avqust 2017-ci ildə başa vurub.


Müəllif: Teleqraf.com