9 İyul 2020 20:10
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət öncə məşq zamanı ildırım vuran Rusiyanın "Znamya Truda" klubunun futbolçusu İvan Zaborovski süni komadan çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA-ya açıqlamasında komandanın kapitanı Vitali Çilyuşkin deyib.

O bildirib ki, 16 yaşlı qolkiperin vəziyyəti yaxşıdır. Çilyuşkinin sözlərinə görə, gənc oyunçu 2 həftədən sonra məşqlərə başlayacaq.


Müəllif: Teleqraf.com