10 İyul 2020 00:22
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.

Teleqraf.com xəbər verir ki, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, 1998-2001-ci illərdə “Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev “İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də “Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və “Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər