15 İyul 2020 22:26
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Beşiktaş" klubunda növbəti ayrılıq gerçəkləşib.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı futbolçu Viktor Ruis komandanı tərk edib.

31 yaşlı müdafiəçi İstanbul təmsilçisi ilə müqaviləsini birtərəfli şəkildə pozub. Klub rəhbərliyinin buna görə Türkiyə Futbol Federasiyasına müraciət edəcəyi bildirilib.

Qeyd edək ki, daha əvvəl almaniyalı qapıçı Loris Karius "Beşiktaş"la müqaviləsinə xitam verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər