18 İyul 2020 21:06
1 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Real" klubunun baş məşqçisi Zinəddin Zidan klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, o, gələn mövsüm Madrid klubunu çalışdırıb-çalışdırmayacağı sualına cavab olaraq deyib:

"Klubla müqaviləm var, burada olmaqdan məmnunam. Amma gələcəkdə nə olacağını bilmirəm".

Qeyd edək ki, fransalı mütəxəssisin "Real"la müqavilasi 2022-ci ilin yayında başa çatır.


Müəllif: Teleqraf.com