19 İyul 2020 22:40
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Monako” baş məşqçisi Robert Morenonun istefaya göndərilməsini rəsmən açıqlayıb.

Teleqraf.com klubun saytına istinadən xəbər verir ki, 42 yaşlı yaşlı mütəxəssisin istefası ilə bağlı lazımi prosedurların həyata keçirilməsinə başlanılıb.

Bu ilin yanvarında “Monako”ya baş məşqçi təyin olunan ispaniyalı mütəxəssisin klubla müqaviləsi 2022-ci ilə qədər idi. Komanda onun rəhbərliyi altında 13 oyuna çıxıb, 5 qələbə qazanıb, 5 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

“Monako” Liqa 1-də koronavirus pandemiyasına görə ləğv olunan 2019/20 mövsümünü 9-cu sırada bitirib.

Xatırladaq ki, “L’Equipe” nəşri "Monako"ya Xorvatiya millisi və “Bavariya”nın sabiq çalışdırıcısı Niko Kovaçın baş məşqçi təyin ediləcəyini yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər