20 İyul 2020 00:49
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Super Liqasının 33-cü turunda “Başakşəhər“ “Kayserispor“a minimal hesabla qalib gəlib.

Teleqraf.com xəbər verir ki, matç 1:0 hesabı ilə başa çatıb. Qələbə qazanan “Başakşəhər“ Super Liqanın çempionu olub.

Qarşılaşma İstanbulun “Başakşəhər Fatih Terim” stadionunda baş tutub. Matçda yeganə qol birinci hissənin 19-cu dəqiqəsində vurulub. Mahmut Tekdemir komandasının matçdakı yeganə qoluna imza atıb. Qarşılaşmanın 36-cı dəqiqəsində meydan sahibləri hesabdakı fərqi artırmaq imkanı qazanıblar. Lakin Edin Vişç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bu, “Başakşəhər”in ilk çempionluğudur. Türkiyə çempionatında bu göstərici üzrə “Qalatasaray” liderdir. Komanda 22 dəfə çempionluq tituluna yiyələnib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər