21 İyul 2020 00:38
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüseyin Çimşir Türkiyənin "Trabzonspor" futbol komandasının baş məşqçi postundan istefaya göndərilib.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Çimşir Superliqanın XXXII turunda "Denizlispor"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra istefa ərizəsini rəhbərliyə təqdim edib.

Onun müraciəti ötən tur "Konyaspor"a 3:4 hesablı məğlubiyyətin ardından qəbul olunub.

Qeyd edək ki, "Trabzonspor"un sükanı arxasına mövsümün ortalarında Ünal Karamanın əvəzinə gətirilmiş Hüseyin Çimşir 21 matçdan 12 qələbə, 7 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb.

Hazırda 62 xalla 2-ci pillədə gedən klub Türkiyə Kubokunda finala yüksəlməyi də bacarıb.

Superliqada son turun "Kayserispor"la səfər oyununda və ölkə kubokunun finalında "Alanyaspor"la görüşdə "Trabzonspor"a köməkçi-məşqçi Eddi Nyuton rəhbərlik edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər