23 İyul 2020 09:57
1 446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Sloveniya çempionu müəyyənləşib.

Məlumata görə, "Tselye" tarixində ilk dəfə ölkə çempionu adını qazanıb.

Komanda buna sonuncu - XXXVI turda Lyublyana "Olimpiya"sı ilə 2:2 hesablı heç-heçə edərək nail olub. Xalını 69-a çatdıran "Tselye" ən yaxın izləyiciləri "Olimpiya" və "Maribor"u 2 xal geridə qoyub.

Komanda həm də ilk dəfə Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək və Azərbaycan təmsilçisi "Qarabağ"ın potensial rəqibi olacaq.


Müəllif: Teleqraf.com