26 İyul 2020 11:28
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnter"in baş məşqçisi Antonio Konte "Barselona"nın kapitanı Lionel Messinin komandasına transfer olunacağına dair yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, 50 yaşlı mütəxəssis məlumatları təkzib edib:

"Messinin "İnter"ə keçidi haqqında deyilənlər şayiə, yalandır. Bu dedi-qodulara inanmayın".

Xatırladaq ki, Messinin "Barselona" ilə müqaviləsi 2021-ci ildə bitəcək.


Müəllif: Teleqraf.com