1 Avqust 23:31
337

İngiltərə Federasiya kubokunun final oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, həlledici görüşdə Londonun “Arsenal” və “Çelsi” klubları üz-üzə gəlib. Oyun “topçular”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Kubokun sahibi olan “Arsenal” Avropa Liqasına vəsiqə qazanıb. Mikel Artetanın komandası birbaşa qrup mərhələsindən mübarizəyə qoşulacaq.

Arsenal – Çelsi - 2:1
Qollar: Pulişiç, 5 (0:1), Obameyanq, 28-pen. (1:1), 67 (2:1)


Müəllif: Teleqraf.com