6 Avqust 2020 00:12
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalatasaray" sabiq futbolçusu Arda Turanı transfer etdiyini rəsmən açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan A.Turan 2004-2011-ci illərdə İstanbul təmsilçisində oynayıb.

Xatırladaq ki, 33 yaşlı yarımmüdafiəçi 2018/2019 mövsümü və 2019/2020 mövsümün ilk yarısını icarə əsasında "Başakşəhər"də keçirib. Onun "Barselona" ilə müqaviləsi isə bu yay başa çatıb.


Müəllif: Teleqraf.com