“Qalatasaray” yeni transferi Arda Turanın müqavilə müddətini və onun gəlirini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.
İstanbul təmsilçisi 2020-2021 mövsümündə Ardaya 4 milyon TL (təqribən 567 min avro) məvacib verəcək. Təcrübəli futbolçu bu müddətdə Avropa Liqası və Superliqada oyunların yarısından çoxunda ilk 11-likdə olsa, müqaviləsi avtomatik olaraq daha bir il uzadılacaq. Bu baş versə, o, gələn mövsüm 5 milyon TL (təqribən 583 min avro) məvacib alacaq.
Xatırladaq ki, “Atletiko” və “Barselona”da da çıxış etmiş Arda “Qalatasaray”ın yetirməsidir. O, 2004-2011-ci illərdə İstanbul təmsilçisində oynayıb.