İngiltərənin "Arsenal" klubunda mövsümün ən yaxşı oyunçusu müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, azarkeşlər arasında keçirilən səsvermənin nəticəsinə əsasən, Pyer-Emerik Obameyanq 74% səslə 1-ci olub.
Qeyd edək ki, qabonlu futbolçu 2019/2020 mövsümündə keçirdiyi 44 matçda 29 qol vurub, 3 ötürmə verib.